Kolumbiyanın Medillin şəhərində ənənəvi beynəlxalq şeir festivalı bu il COVİD -19 pandemiyası ilə əlaqədar onlayn şəkildə keçiriləcək. Festivala ölkəmizdən gənc şairə Nigar Arif (Ağalarova) da qatılacaq.

Onun sözlərinə görə, avqustun 1-dən sentyabrın 10-dək davam edəcək festivala 103 ölkədən 191 şair iştirak edəcək.

“Festival çərçivəsində müxtəlif ölkələrdən olan şairlərlə onlayn görüşlər olacaq. Festivalın yaradıcısı, məşhur şair Fernando Rendon tərəfindən dəvət aldığıma, ölkəmizin ən böyük şairlərindən biri Ramiz Rövşənlə birgə belə bir böyük festivala qatılacağıma görə özümü çox xoşbəxt hiss edirəm. Çıxışım sentyabrın 1-də bizim saatla 20:00-da olacaq”, - deyə o qeyd edib.