Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 16-na olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 493 yeni yoluxma faktı qeydə alınıb, 561 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Qeyd edək ki, 23 iyun tarixidən bu yana ilk dəfə ölkə üzrə gündəlik yoluxma sayı 500-dən aşağı olub. Həmçinin may ayından sonra ikinci dəfə koronavirusa yoluxma üzrə müsbət dinamika qeydə alınıb. Bundan öncə iyulun 13-də infeksiyadan sağalaraq evə buraxılanların sayı (547) yeni yoluxma sayını (529) üstələmişdi.

İndiyədək ölkədə ümumilikdə 26 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib. 8 575 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 722, ötən müddət ərzində isə ümumilikdə 601 500 test aparılıb.