Prezident İlham Əliyev iyulun 16-da Elmar Məhərrəm oğlu Məmmədyarovun Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Dövlət başçısının iyulun 16-da imzaladığı digər sərəncamlarla Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsindən azad edilərək Xarici İşlər naziri təyin edilib.