Diasporla İş üzrə Dövlət Komitəsinin “Beyin qazanma proqramı” çərçivəsində iyulun 11-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası üçün “COVİD-19 pandemiyası zamanı virtual sosiallaşmanın əhəmiyyəti (mədəniyyətimizin təbliği, təqdimatı və qorunması)” mövzusunda videokonfrans keçirilib.

Akademiyadan bildirilib ki, “Zoom” proqramı vasitəsilə keçirilən videokonfransda BMA-nın professor və tələbə heyəti iştirak edib.

Videokonfransda BMA-nın beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, fəlsəfə elmləri doktoru, sənətşünaslıq üzrə doktor, professor Mina Hacıyeva (moderator), Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin böyük məsləhətçisi Lalə İsgəndərova, Oman Respublikasının Sultan Qabus Universitetində fortepiano müəlliməsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif çıxış ediblər.