Prezident İlham Əliyev iyulun 20-də Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə Fövqəladə Hallar Nazirliyi ilə birlikdə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini qısa müddətdə təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

 Nazirlər Kabineti dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.