Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 19-na olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 620 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 363 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib, aktiv xəstə sayı 1747 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6359, ötən müddət ərzində isə ümumilikdə 849 628 test aparılıb.

Qeyd edək ki, iyulun ortalarından başlayaraq koronavirusa yoluxma və sağalma sayı nisbətində müsbət dinamika hələlik davam etsə də, gündəlik yoluxmada artım müşahidə olunur. 9-13 avqustda yoluxma sayı 100-ün altına düşmüşdü, ayın 14-dən etibarən isə bu göstərici gedərək artır.

Ən yüksək yoluxma Bakıda qeydə alınıb – 56,2 faiz. Abşeronda bu göstərici 15,9, Aran zonasında 10, Gəncə-Qazaxda 6,6 faiz, Lənkəranda 4,4 faizdir.