Pandemiya bir sıra zənginlərə düşərli olub
“Amazon” kompaniyasının rəhbəri Ceff Bezos varidatı 200 milyard dollara çatan ilk dünya zəngini kimi tarixə düşüb.
“Forbes” jurnalının tərtib etdiyi və real vaxt rejimində milyarderlərin varidatını izləyən “Forbes Real-Time” reytinqinə görə bu ilin iyul ayında varidatı 199,7 milyard dollar təşkil edən Ceff Bezos avqustda bu göstəricini 200 milyarda çatdırıb.
Ceff Bezos bu göstəriciyə “Amazon” aksiyalarının bahalaşması nəticəsində nail olub. Avqustun 25-nə olan məlumata əsasən, kompaniyanın aksiyası 1,18 faiz bahalaşaraq 3346,49 dollara, kapitallaşması isə 1,68 trilyon dollara çatıb. “Amazon” aksiyalarının 11,1 faizi Ceff Bezosa məxsusdur və o, 2017-ci ildən “Forbes” jurnalının dünyanın ən varlı insanları reytinqinə başçılıq edir.
Dünyanın ən iri online-reiteylerlərindən biri olan “Amazon” kompaniyası ABŞ-la yanaşı Çin, Braziliya, Yaponiya, həmçinin Avropa ölkələrində də fəaliyyət göstərir. “Amazon.com” internet mağazası 1995-ci ilin iyul ayından fəaliyyətə başlayıb.
Pandemiya ilində varidatı ən çox artan isə “Tesla” və “SpaceX” şirkərlərinin sahibi İlon Mask olub. 2020-ci ilin yanvarından avqust ayınadək onun varidatı 3,5 dəfə artaraq (əsasən “Tesla”nın aksiyalarında artım hesabına) 100 milyard dolara çatıb.
İLONA