“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 saylı qərarında dəyişiklik edilib.

Baş Nazir Əli Əsədovun imzaladığı 31 avqust 2020-ci il tarixli 318 saylı qərara əsasən, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Arxeoloji abidələr” bölməsi üzrə 1697-ci bənddən sonra “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu” hissəsi əlavə edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci il iyunun 8-də Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisində “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb.