“Sci-Fest L.A.” və “Light Bringer Project” tərəfindən yazıçılar üçün “Roswell” elmi-fantastika janrında hekayə müsabiqəsi elan olunub.

Hekayələr 500-1500 söz aralığında olmalıdır. Müsabiqəyə təqdim olunan bütün hekayələr ingilis dilində yazılmalıdır. Birinci yerin qalibi 500 ABŞ dolları ilə mükafatlandırılacaq.

Hekayələr TheRoswellAward@gmail.com e-mail ünvanına göndərilməlidir.

***

İki ildən bir keçirilən “Jutta Cuny-Franz” Memorial Mükafatı isə şüşə sənəti üzrə müsabiqə elan edib.

Müsabiqə Almaniyanın Düsseldorf şəhərində yerləşən Jutta Cuny-Franz Fondu tərəfindən təşkil olunur.

Müsabiqənin hədəfi şüşə olduğundan təqdim edilən əsərlərdə bu materialdan kreativ şəkildə istifadə edilməsi tələb edilir.

Qalib 10 min avro məbləğində mükafat alacaq.