Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının 49-cu iclasında ən nüfuzlu təşkilatların rəhbərləri iştirak edəcək
Son illər Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı beynəlxalq turizm tədbirlərinin keçirildiyi məkana çevrilib. Martın 25-26-da “Hyatt Regency” mehmanxanasında baş tutacaq Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının 49-cu iclası və “İqtisadiyyat Böhranının Avropa Turizminə təsiri” adlı texniki seminarda BMÜTT-nin Avropa Komissiyasına üzv olan ölkələrinin nümayəndə heyətlərinin iştirakı gözlənilir. Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMÜTT-nin Baş katibi vəzifəsini icra edən Taleb Rifai, BMÜTT-nin Avropa üzrə nümayəndəsi Eduardo Fayos-Sola, HORTEC beynəlxalq təşkilatının prezidenti Kent Nyström, Koreyanın Turizm Təşkilatının prezidenti cənab Jee-Çul Ohun iştirakı nəzərdə tutlur.
Xatırladaq ki, İclasın Bakıda keçirilməsi haqqında qərar 2008-ci ilin 15-16 mayında Çexiya Respublikasının Praqa şəhərində BMÜTT-nin Avropa üzrə Komissiyasının 48-ci iclasında qəbul edilib. Həmin iclas zamanı növbəti iclasın keçirilmə yeri və tarixi müzakirə olunub. Bununla əlaqədar Azərbaycan və Bolqarıstan öz namizədliklərini irəli sürüblər. Hər iki ölkə tərəfindən turizm imkanları haqqında geniş təqdimatlar keçirilib. Təqdimat zamanı Azərbaycanın turizm potensialı, abidələri, turizm sahəsinin inkişafı ilə bağlı statistik göstəriciləri, ölkədə fəaliyyət göstərən turizm şirkətləri, mehmanxanalar, turizm informasiya mərkəzləri, beynəlxalq aviaşirkətlərin respublikamızdakı nümayəndəlikləri, marketinq sahəsində müxtəlif istiqamətdə aparılan işlər, hazırda turizm sahəsində əldə etdiyimiz nailiyyətlər, dövlət proqramının prioritet sahələri, ölkəmizin turizm sahəsində beynəlxalq əlaqələri və Azərbaycanda “MİCE”( biznes turizmin bir istiqaməti olaraq görüşlərin, konfransların, intensiv turların - böyük şirkətlər tərəfindən fərqlənmiş əməkdaşlar üçün yüksək səviyyəli səyahətlərin, beynəlxalq və yerli sərgilərin təşkili) turizminin inkişafı haqqında ətraflı məlumat verilib. Təqdimatdan sonra Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxı və çap məhsulları nümayiş etdirilib. Bolqarıstan Respublikası təqdimat zamanı öz namizədliyini Azərbaycan Respublikasının xeyirinə geri götürüb və beləliklə, BMÜTT-nin Avropa Komissiyasının 49-cu iclasının 2009-cu ilin mart ayında Bakıda keçirilməsi qərara alınıb.