Meksikanın dünyaca tanınmış kastanyet (zərb çalğı aləti) ifaçısı, prima balerina, xoreoqraf və aktrisa, çoxsaylı beynəlxalq mükafatların sahibi və daha öncə iki dəfə Azərbaycanda konsert proqramları ilə çıxış etmiş Sonia Amelio ölkəmizlə həmrəyliyini ifadə edən videomüraciət yayıb.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Qeyd edilir ki, sənətçi Azərbaycanın dinc əhalisinin yaşadığı faciələrdən dərin narahatlığını ifadə edərək, xalqımıza öz həmrəyliyini çatdırıb, ölkəmizin yaşadığı ağır günlərin tezliklə bitməsini diləyib.