«Muzey-muzey gəzdirən kart”
   
   Türkiyədəki çeşidli muzeyler və tarixi abidələri 2008-ci ildə 17.772.047 nəfər ziyarət edib. Qeyd edək ki, ən çox ziyarət edilən muzey İstanbuldakı Topqapı Sarayı Muzeyi olub. Bu muzeyi 3.399.799 nəfər ziyarət edib. Ayasofya Muzeyinə isə 2.465.455 ziyarətçi baş çəkib. 1.858.086 nəfərin ziyarət etdiyi İzmirdəki Efes Ören Yeri sırada üçüncü yeri alıb. Konyadakı Mövlanə Muzeyi 1.704.221 ziyarətçi ilə dördüncü və İzmir Efes Muzeyi 807.121 ziyarətçi ilə beşinci olub. Ən çox ziyarətçisi olan digər yerlər 661.817 nəfər olmaqla Dənizlidəki Pamukkale Ören Yeri və 653.436 nəfər ziyarətçi ilə Nevşəhirdəki Hacı Bektaş Muzeyidir.  

   2007-ci ildə 2.226.000 ziyarətçinin gəldiyi Ayasofya Muzeyi birinci yerdə olub. Onun ardınca 1.620.000 ziyarətçi ilə Topqapı Sarayı Muzeyi, 1.496.000 ziyarətçi ilə İzmir Efes Ören Yeri olub. Mövlana Muzeyi 1.484.000 ziyarətçi ilə dördüncü, Dənizli Pamukkale Ören Yeri 1.157.000 ziyarətçi ilə ən çox ziyarət edilən muzeylər arasında beşinci sırada dayanıb.
    2008-ci ildə ilk beş muzey və tarixi yerləri ziyarət edənlərin ümumi sayı 10.089.000 nəfər olmaqla 10 milyonluq həddi aşıb. Bu göstərici 2007-ci ildə 8 milyondan az idi (7.983.000). Həm yerli, həm də yabançı ziyarətçilərin artan marağı nəticəsində bir il içərisində 28,19% artıma nail olunub. 2008-ci ildə Türkiyənin dünyada ən çox turist qəbul edən ölkələr sırasında 8-ci olmasına muzeylərə olan marağı artırmaq məqsədi ilə “Tarixə yolçuluq başladı!” şüarı ilə həyata keçirilən “Muzey-muzey gəzdirən kart” adlı kampaniyanın da böyük təsiri oldu. Dəyəri cəmi 20 TL olan və sahibinə il boyunca 300 muzey və tarixi yeri istədiyi zamanda ziyarət etmək imkanı veren bu kart turizmin inkişafına böyük töhfə verməkdədir.  

  Mehparə