Avropa Şurası və Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üzrə “Yaxşı idarəçilik üçün tərəfdaşlıq II” (PGG II) birgə proqramı çərçivəsində “Ayrı-seçkiliksiz gələcəyim” adlı fotomüsabiqə keçirilir.
Müsabiqənin məqsədi ayrı-seçkiliyin qarşısının alınması, bərabərlik, müxtəliflik, birgə yaşama, milli azlıqlar və gender bərabərliyi kimi mövzuların ölkələr üçün kəsb etdiyi əhəmiyyəti göstərməkdən ibarətdir.
Müsabiqədə iştirak etmək üçün qeyd olunan mövzulara aid olan fotoşəkilləri ingilis dilində maksimum 40 sözdən ibarət başlıq ilə “İnstagram” sosial media platformasında #PGG4citizens həştəqi ilə paylaşıb Avropa Şurasının hesabını (@councilofeurope) qeyd etmək lazımdır. Ətraflı məlumat www.pjp-eu.coe.int internet səhifəsindən əldə edilə bilər.
Müsabiqə 15 noyabr 2020-ci il tarixinədək davam edəcək. Ən yaxşı fotoşəkillər Avropa Şurası kanalları vasitəsilə nümayiş etdiriləcək.