Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində mayın 4-dən 10-na qədər Qəbələ rayonunda mehmanxana və restoran menecerləri və xidmət bölümləri müdirləri üçün “İdarəçilərin təlimçi olaraq hazırlanması”, «Sosial davranışlar», “Yemək-içmək servisi”, “Qeyd-qəbul bölməsi” və «Yemək hazırlanması» mövzularında seminar keçirilib. Kurslar Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 4 nəfər mütəxəssisi tərəfindən aparılıb və müvafiq olaraq Şamaxı - Balakən rayonlarını əhatə etməklə keçirilib. Seminarda Azərbaycanda fəaliyyət göstərən mehmanxana və restoranların 105 nəfər əməkdaşı iştirak edib. Seminarın sonuncu günü iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

   FƏXRİYYƏ