Pandemiya dövründə dünyanın mədəniyyət müəssisələri müxtəlif yollarla, ən çox da müasir texnoloji yeniliklərin köməyi ilə fəaliyyətlərini davam etdirir. Rusiya Dövlət Tretyakov Qalereyası pandemiya səbəbi ilə qapılarını bağlı saxlasa da, ötən aylar müddətində 4,6 milyon virtual izləyici qazana bilib. Qalereya onlayn fəaliyyətdə işini mükəmməl qurmaqla bərabər ən uğurlu nəticəni rəsmi “YouTube” səhifəsi vasitəsilə əldə edib.

Qalereyanı real olaraq ziyarət edə bilməyənlər üçün müxtəlif onlayn layihələr təqdim olunub. Rusiyanın tanınmış musiqi xadimləri tərəfindən təqdim edilən videotura bir milyondan artıq tamaşaçı cəlb edilib.

Məşhur aktyorların rus avanqardının şah əsərlərini təqdim edən çıxışı da eyni maraqla izlənilib. Hazırda qalereya “Rəssam danışır” və “Bir əsərin tarixçəsi” kimi layihələri davam etdirir. Muzeyin sosial şəbəkələrdə 150 mindən artıq izləyicisi var.