F.Köçərli adına Respublika Uşaq kitabxanası və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi “Azərbaycan dili milli varlığımızdır” adlı esse müsabiqəsi elan edib.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası və paytaxtdakı 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə layihəsi əsasında oxucular və dərnək üzvləri arasında esse müsabiqəsi elan edilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd gənc nəslə ana dilimizin zənginliyini, saflığını qorumağı təbliğ etmək, yaradıcı istedadları üzə çıxarmaq, uşaq və yeniyetmələrin tədqiqatçılıq qabiliyyətini inkişaf etdirmək, onlarda milli-mənəvi dəyərləri formalaşdırmaqdan ibarətdir.

Aşağıdakı link vasitəsi ilə müsabiqənin şərtləri ilə yaxından tanış ola bilərsiniz:

http://clb.az/azrbaycan-dili-milli-varlmzdr-adl-yeni-esse-msabiqsin-start-verilib_d3011.html