Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, noyabrın 7-də düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 17 radələrində Tərtər rayonu, Əski Para kəndində fərdi yaşayış evinin yaxınlığına mərmi düşməsi nəticəsində 1962-ci il təvəllüdlü Osmanov Nüsrət Qurban oğlu xəsarət alıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri Bərdə rayonunun Əyricə kəndini də atəşə tutub. Kənddə yaşayış̧ evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü̈ Rəhimov Şahmalı Ətraf oğlu həlak olub.

Düşmənin yaşayış məntəqələrini və mülki əhalini hədəf alan təxribatlarının davam etməsi barədə Azərbaycan Xarici işlər Nazirliyi də məlumat yayıb.

Məlumatda bildirilir ki, mövcud humanitar atəşkəsi kobud şəkildə pozan Ermənistan azərbaycanlı dinc əhalini hədəfə almaqla, beynəlxalq humanitar hüququ və öz öhdəliklərini heçə sayaraq cinayət əməllərini davam etdirir.

Noyabrın 7-də Bərdə rayonunun Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində bir mülki şəxs, 16 yaşlı yeniyetmə həlak olub, beləliklə də 27 sentyabr tarixindən etibarən Ermənistanın Azərbaycana qarşı başlatdığı yeni təcavüzü nəticəsində həlak olan Axərbaycanlı mülki şəxslərin sayı 93-ə çatıb.