Misirin Saqqara arxeoloji məkanında yüzdən çox mumiya aşkar edilib. Misirin turizm və qədim abidələr naziri Xalid Ənani xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında arxeoloji tapıntıları təqdim edib.
O bildirib ki, oktyabrın 3-də beynəlxalq arxeoloji ekspedisiya həmin ərazidə 101 mumiya tapıb. Bundan əvvəl isə Saqqarada 59 sarkofaq aşkar edilib.
Nazir məlumat verib ki, tapılan mumiyaların olduğu tabutlar Qədim Misirin son – Ptolemeylər sülaləsinin hakimiyyəti dövrünə aiddir və mütəxəssislər onların 2500 il yaşı olduğu qənaətindədir. Mumiyalarla yanaşı, Saqqarada 40 kiçik heykəl, dəfn maskaları və iki taxta heykəlcik də aşkar edilib.
Arxeoloji tapıntılar gələn il açılışı olacaq Böyük Misir Muzeyində və ölkənin yeni inzibati paytaxtındakı Mədəniyyət və İncəsənət Muzeyində nümayiş etdiriləcək.
CAVİD