Türkiyədə yaşayan və Qaziantəp Universitetində çalışan azərbaycanlı rəssam Məmməd Əliyev zəfər sərgisinə hazırlaşır.
Rəssam bildirib ki, yağlı boya ilə kətan üzərinə çəkdiyi tablolarda müzəffər Ali Baş Komandan, yenilməz Ordumuz, xalqımızın vətənə və torpağa bağlılığının şanlı qələbəmizdə oynadığı rol və başqa mövzular əksini tapır. Zəfər sərgisinin birinci tablosunun eskizi mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin düşmən tapdağından azad olunmasını əks etdirir.
Ermənistanın işğalçılıq siyasətini və faşizm ideologiyasını lənətləyən rəssam deyir ki, yaradıcılığının əsas hissəsi Azərbaycanın acı günlərinə həsr olunub. Bu acıları bizə təcavüzkar Ermənistan dövləti yaşadıb. O özünü şanslı və xoşbəxt hesab edir ki, rəşadətli Ordumuzun bizə bəxş etdiyi qələbənin sevincini yaşayır. Rəssam bundan sonrakı yaradıcılığını zəfər mövzularına həsr etmək niyyətindədir.