Türkiyənin Bursa vilayətində “Qarabağ Azərbaycandır! Zəfərin ardından” adlı sərgi açılıb.
Bursanın Osmanqazi Bələdiyyəsinin təşkilatçılığı ilə açılan sərgidə Anadolu agentliyinin fotomüxbirləri tərəfindən Azərbaycanın Vətən müharibəsi dövründə çəkilən və özündə qələbə sevincini əks etdirən 22 şəkil nümayiş etdirilir.
Tədbirdə iştirak edən Osmanqazi Bələdiyyəsinin başqanı Mustafa Dündar Azərbaycanın torpaqlarını işğaldan azad etməsi münasibətilə çox böyük sevinc hissi keçirdiklərini bildirib.