Özbəkistanın “ishonch.uz” portalında rus dilində “Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir” sərlövhəli məqalə yerləşdirilib.
Yazıda bildirilir ki, “Qafqazın konservatoriyası” adlandırılan Şuşa Azərbaycan milli musiqisinin və poeziyasının beşiyi, açıq səma altında tarixi abidədir.
Məqalədə Şuşa qalası haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, Şuşada 17 tarixi məhəllə olub və bu qədim şəhərdə azərbaycanlılar yaşayıb. Hər məhəllədə məscid, hamam və bulaq olub. Şuşanın gerbində Odlar Yurdunu təcəssüm etdirən alov dilləri, güc rəmzi olan pələng və Qarabağ atı təsvir edilib.
Vurğulanır ki, 8 noyabr Azərbaycan üçün əlamətdar bir gündür. Həmin gün Azərbaycan Ordusu 1992-ci ildən erməni işğalı altında olan Şuşa şəhərini azad edərək tarixi qələbə qazanıb.