Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsi İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Vətən övladlarını  tanıtmaq məqsədilə “Tarix yazan igidlərimiz!” adlı layihəni davam etdirir.

Təqdim olunan növbəti videoçarxda şəhid leytenant Nihat Seyidovun əziz xatirəsi yad edilir.

Seyidov Nihat Mehman oğlu 12 iyun 1998-ci ildə Naxçıvan MR-nın Culfa rayonunun Teyvaz kəndində anadan olub.  2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirərək leytenant rütbəsi ilə hərbi xidmətə  başlayıb.

2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində qısa, rəşadətli döyüş yolu keçib. Oktyabrın 15-də Ağdərə rayonunun Suqovuşan kəndi istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Şəhid leytenant haqqında videoçarxı kitabxananın “ Youtube” kanalında izləmək mümkündür.

https://www.youtube.com/watch?v=9FFO8X5rQQg