YAP Səbail rayon təşkilatı “Azərbaycan tarixinə şərəf, ləyaqət, qürur səhifəsi yazan Ali Baş Komandan – İlham Əliyev” mövzusunda videokonfrans keçirib. Videokonfrans Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, dahi şəxsiyyət İlham Əliyevin doğum gününə həsr olunub.

YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev giriş nitqində  Azərbaycan ərazi bütövlüyünün tam bərpa olunmasında, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında Prezident İlham Əliyevin müstəsna rolundan, bu siyasi-diplomatik müstəvidəki bu fəaliyyət bu günlərdə döyüş meydanında qazandığı zəfərin mühüm zəmini oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı Qələbə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazıldı.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov videokonfransda çıxış edərək öncə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyi dövründə qazandığı uğurlardan söz açıb. Bildirib ki, Ümummilli  liderin dövlətçilik yolunu layiqincə davam etdirən İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində Azərbaycan çox uğurlara imza atıb. Onların ən möhtəşəmi Vətən müharibəsindəki böyük Qələbədir. Kərim Tahirov Azərbaycan Prezidentinin informasiya və diplomatiya cəbhəsində də böyük qələbə qazandığını qeyd edərək, bu müddət ərzində onun çoxsaylı xarici media vasitələrinə müsahibələrdə Azərbaycanın haqq səsini dünyaya çatdırılmasında mühüm rol oynadığını bildirib. Son olaraq, Kərim Tahirov qeyd edib ki, Ali Baş Komandan və müzəffər Azərbaycan Ordusunun xaıqımıza bəxş etdiyi Qələbə on illər, yüz illər sonra da nəsillərin qürur mənbəyi olacaq.