Mədəniyyət Nazirliyinin “Museum.az” internet portalı tərəfindən “Qarabağın nadir muzey inciləri” layihəsi çərçivəsində Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin yaranmasının 40 illik yubileyi münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan sərginin videotəqdimatı hazırlanıb.

Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi Qarabağın qədim tarixini özündə əks etdirən zəngin kolleksiyaya malik muzeylərdən biridir.

Sərgidə muzeyin kolleksiyasından müxtəlif dövrləri əhatə edən bədii metal və dekorativ-tətbiqi sənət nümunələri, etnoqrafik materiallar, zərgərlik məmulatları, silahlar, milli geyimlər nümayiş etdirilib.        

Virtual sərgini bu linkdə izləmək olar:

http://mct.gov.az/az/umumi-xeberler/13386