Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə dekabrın 26-da rəssam Natiq Kamal ilə “Digitalart-lab” layihəsi iştirakçılarının tanışlıq görüşü olub.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, layihənin növbəti mərhələsinə seçilən Ariz Abbasov, Zəhraxanım Quluzadə, Həbibə Məmmədova, Nərmin Mahmudova, Nərminə Qurbanzadə, Hənifə Musayeva, Aysel Nəcəfli, Sufi Səfərli, Səbinə Abbasova, Nərgiz Xəlilzadə, Arzu Bəxtiyarova, Sara Qədimova, İntizar Qafarova və Şəlalə Salamzadə görüşdə iştirak ediblər. İştirakçı özləri haqqında məlumat verərək portfoliolarını təqdim ediblər.

Görüş Azərbaycan Dövlət Rəsm Qalereyasının “Elmi aşaşdırma və innovasiya” şöbəsinin müdiri  Nərgiz Əsgərovanın moderatorluğu ilə keçirilib.

2021-ci ilin mart ayınadək davam etməsi nəzərdə tutulan layihədə iştirakçılar hər ay “Zoom” proqramı vasitəsilə rəssam Natiq Kamalın onlayn ustad dərslərinin iştirakçısı olacaqlar.