Yanvarın 8-də Nur-Sultanda Qazaxıstan Respublikası Milli Akademik Kitabxanasının təşkilatçılığı ilə “Türk dünyası: tarixi-mədəni irs” adlı beynəlxalq onlayn konfrans keçiriləcək.
Qazaxıstan Milli Akademiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, konfrans keçmiş postsovet respublikaları – türkdilli ölkələrin dövlət müstəqilliyinin 30 illiyinə həsr edilib.
Konfransa Türk Şurasının (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası), Türkdilli Ölkələrin Parlament Assambleyasının, digər təşkilatların rəhbərlərinin, görkəmli ictimai xadimlərin, tanınmış türkoloqların, milli akademiya və diplomatik missiya başçılarının qatılması gözlənilir. Konfrans çərçivəsində Beynəlxalq Türk Akademiyasının nəşr etdirdiyi tarixi-coğrafi atlasın təqdimatı da olacaq.