İsveçrənin “Henley&Partners” şirkəti dünya dövlətlərinin pasportlarının yeni cəlbedicilik reytinqini tərtib edib.

Analitiklər həmin reytinqi tərtib edərkən bu və ya digər dövlətin pasportunun sahibinin başqa ölkələrə vizasız gedə bilmək imkanını əsas götürüblər.

Bu il İspaniya reytinqdə dördüncü yeri İtaliya, Finlandiya və Lüksemburqla bölüşüb. İspan pasportu 188 ölkəyə vizasız getməyə imkan verir.

Reytinqdə birinci yeri isə əvvəlkitək Yaponiya tutur – “Gündoğar ölkə”nin vətəndaşları üçün 191 ölkənin qapıları açıqdır.

İkinci yerdə Sinqapur pasportudur (190 ölkə), üçüncü yeri Cənubi Koreya və Almaniya bölüşüb (189 ölkə).

CAVİD