Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın “Şəxsi arxivlər və epistolyar nümunələr” kitabı çapdan çıxıb.
Əlyazmalar İnstitutundan bildirilib ki, gənc alim tərəfindən Rəşid bəy Əfəndiyev, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Qulam Məmmədli, Salman Mümtaz və digər görkəmli şəxsiyyətlərin şəxsi arxivlərindəki məktublar ilk dəfə tədqiq edilib. Azərbaycan ədiblərinin ədəbi epistolyar irsi Əlyazmalar İnstitutunda mühafizə olunan konkret nümunələrə istinad edilməklə araşdırılıb.
Monoqrafiyada ədəbi epistolyar irsin ədəbiyyat və ictimai fikir tariximizdə yeri və rolundan da bəhs edilir. Kitabın elmi redaktoru institutun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədova, rəyçiləri müəssisənin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.