Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi üzrə ədəbiyyatımızın təbliği davam edir.

Layihə çərçivəsində Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadənin (1925-2009) ispan dilinə tərcümə edilmiş “Özümdən narazıyam”, “Vətən var” şeirləri və yaradıcılığı haqqında geniş məlumat Meksikanın “Tecnologia industrial” elm, sənaye və ədəbiyyat portalı və “Mas literatura” (“Daha çox ədəbiyyat”) “Facebook” ədəbiyyat səhifəsində yayımlanıb.

Şeirləri ispan dilinə Tutuxanım Yunusova tərcümə edib.

Qeyd edək ki, geniş oxucu kütləsi olan “Tecnología industrial” portalı öz səhifələrində müntəzəm olaraq Migel Ernandes, Uolt Uitmen, Konstantinos Kavafis, Frans Kafka, Pita Amor, Xose Emilio Paçeko kimi məşhur yazıçı və şairlərin əsərlərinə yer ayırır.