Rusiya Federasiyasının Kirov vilayətində fəaliyyət göstərən “Xalqlar dostluğu evi” 2021-ci ilin gəlişi münasibətilə təbrik videosu yayımlayıb. Videomüraciətdə bu vilayətdə yaşayan müxtəlif xalqların diaspor nümayəndələri rəhbərlərinin təbrikləri yer alıb.
Şaxta baba və Qar qızın Rusiyada yaşayan xalqlara ümumi təbrik müraciətindən sonra çeçen, inquş, yəhudi, tacik və digər xalqların diaspor rəhbərləri 2021-ci ildə dünyaya sülh, əmin-amanlıq və insanlara sağlamlıq arzu ediblər.
Kirov vilayətində fəaliyyət göstərən “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Kirov şəhərindəki diasporumuzun rəhbəri Osman Alıyev öz təbrikində Rusiyada yaşayan xalqlara sağlamlıq, ruh yüksəkliyi arzulayıb. Vurğulayıb ki, bütün dünya üçün çətin olan pandemiya dövründə nikbinliyimizi qorumalı və gələcəyə böyük ümidlərlə addımlamalıyıq. Diaspor rəhbəri dünyaya əmin-amanlıq və ailələrə sevincli günlər diləyib.