Tacikistanın paytaxtı Düşənbədəki Sədrəddin Ayni adına Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası tamaşaya qoyulub.

Premyerada Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə, səfirliyin əməkdaşları, diasporumuzun üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Səhnə əsərinin quruluşçu rejissoru Tacikistanın Xalq artisti Şavkat Xalilov, quruluşçu rəssamı Özbəkistandan Bahrom Safoyevdir.

Rolları Şarofat Usmanzoda, Seyfulla Yusupov, Kurbanmurad Zakirov, Şuxrat Safarov, Munzifo İsoyeva, Mariya Mirzoyeva, Manija Nazarova ifa ediblər.