Bərdə Regional Mədəniyyət İdarəsi üzrə Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun üzvləri ilə növbəti onlayn görüş keçirilib.

Yanvarın 21-də Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevin iştirakı ilə videokonfrans formatında gerçəkləşən görüşə regional idarənin əhatə etdiyi Bərdə, Tərtər rayonlarında, o cümlədən Mingəçevir və Yevlax şəhərlərindəki mədəniyyət müəssisələrində çalışan gənclər qatılıb.

Öncə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad edilib.

Sonra İlyas Hacıyev ötən il ərzində regional idarə üzrə qrupun fəaliyyətindən, həyata keçirilən layihələrdən danışıb, cari il üzrə prioritet istiqamətlər barədə tapşırıqlarını verib. Qeyd olub ki, ölkəmizdə aparılan mədəniyyət siyasətinin icrasında gənclərin rolu böyükdür və bu baxımdan Mədəniyyət Nazirliyi və regional idarə tərəfindən gənclər xüsusi diqqət mərkəzində saxlanılır.

Sonda görüş iştirakçılarının sual və təklifləri dinlənilib, təklif olunan yeni layihələrin həyata keçirilməsi, bu istiqamətdə hesabatların hazırlanaraq regional idarəyə təqdim olunması barədə fikir mübadiləsi aparılıb.