Yanvarın 28-də Moskvada pandemiyanın sənətə təsirinə həsr olunmuş beynəlxalq “Art Moscow Online” forumu keçirilib. Forum dünyanın müxtəlif ölkələrindən 80-dək mütəxəssisi bir araya gətirib.

Forum çərçivəsində rəssamlar və mütəxəssislər pandemiyanın nəticələrini, yeni rəqəmsal-mexanik və ənənəvi sənət mühitinin transformasiyalarını müzakirə ediblər.

“Art Moscow Online” forumunun direktoru, “Expo-Park Sərgi Layihələri”nin baş direktoru Vasiliy Bıçkovun sözlərinə görə, onlayn format hər kəsin evdən çıxmadan sənət mühitinə qoşulmasına imkan yaradacaq.