2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və “ZADE-AI&ROBOTİCS”-in təşkilatçılığı ilə yüksək texnologiyalar və rəqəmsal marketinq üzrə təlimlərə start verilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, layihə çərçivəsində “neyro marketing&branding” (brendləşmə), “startup management” (startapların idarə edilməsi), “python” (data növləri ilə işləmə), “machine learning” (maşın öyrənmə) və süni intellekt sahələri üzrə təlimlər keçiriləcək.

İkiaylıq təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Təlimlərin məqsədi xaricdə yaşayan azərbaycanlıların ölkəmizdə həyata keçirilən islahatlar prosesinə cəlb edilməsi, gənclərin müəlliflik etdiyi startap layihələrinin, onların intellektual və yaradıcı potensialının, biznes ideyalarının dəstəklənməsidir.