Fevralın 2-də Azərbaycan Milli Xalça Muzeyində “Pişiklər batikada” (“Kotobatiki”) adlı sərgi açılıb. Sərgidə Əməkdar rəssam İnna Kostinanın ipək üzərində batika texnikasında hazırladığı 40 panno nümayiş etdirilir.
Sərgi çərçivəsində muzeyin Təhsil şöbəsinin əməkdaşları tərəfindən uşaqlara mövzuya uyğun ustad dərsləri keçirilir.
Fevralın 18-dək davam edəcək sərgi pandemiya ilə əlaqədar mövcud qaydalara, sanitar norma və tələblərə uyğun təşkil olunub. Sərgini 10 nəfərə qədər qruplarla ziyarət etmək olar.