Uzun müddətdir ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində müxtəlif mənbələrə istinad edilərək görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirova məxsus musiqi kompozisiyasının erməni bəstəkar Ara Gevorkyanın müəllifliyi altında təqdim edilməsi barədə məlumatlar yayılmaqdadır.

Bununla bağlı Mədəniyyət Nazirliyindən açıqlama verilib. Açıqlamada bildirilir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Fikrət Əmirovun "Qarabağ inciləri" kompozisiyası kimi təqdim edilən rəqs musiqisi Azərbaycan bəstəkarına aid deyil. Fikrət Əmirovun belə bir adda əsəri yoxdur və sözügedən kompozisiyanın da ona aidiyyəti yoxdur.