Rəsm sərgisi təşkil olunacaq

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi keçiriləcək.

Qalereyadan bildirilib ki, sərgi işğaldan azad edilmiş ərazilərə Azərbaycan mədəniyyətinin qaytarılması hədəflərinə uyğun olaraq, Azərbaycan Ordusunun rəşadət və qəhrəmanlığını əks etdirən əsərlərdən ibarət olacaq.

Sərgidə iştirak etmək istəyən müəlliflər mövzu ilə bağlı əsərlərin fotoşəkillərini, əsərin adını, ölçülərini və icra texnikasını qeyd etməklə resmsergi@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.

Əsərlərin qəbulu aprelin 23-dək aparılacaq.