Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.
“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.
Vurub-yıxmaqla deyil ağıllılıq, unutma,
Gücünü ədalətdən heç zaman uca tutma!
(“Sirlər xəzinəsi”)
Yaxşı adamların göz yum eybinə,
Yaxşı şey öyrətməz yaman göz sənə.
(“Xosrov və Şirin”)
Taxtın payəsini o qədər yüksəlt,
Yıxıldığın zaman çəkmə əziyyət.
(“Yeddi gözəl”)
Qarışqa birliklə göstərib hünər,
Özündən çox böyük şeylər sürüyər.
Dostluqda hər kimlə səsləşə bilsən,
Onun pərdəsində nəğməni çal sən.
(“Leyli və Məcnun”)
Bir yerdə insafdan olmasa nişan,
Quruyar istidən, çürüyər sudan.
(“İsgəndərnamə” – “İqbalnamə”)
Dünyanı namusla olur saxlamaq,
Onunla ucalır dövlət və bayraq.
(“İsgəndərnamə” – “Şərəfnamə”)