Masallıda cənub bölgəsində turizm sahəsində çalışanlar üçün seminar-treninq keçirilib. Türkiyə Baş Bakanlığının “TİKA” təşkilatının, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyilə keçirilən tədbirdə Masallı, Lənkəran, Lerik və Astara rayonlarından 30-a yaxın turizm obyektinin işçisi iştirak edib.
   
   On gün davam edən seminar-treninqdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri beş sahə üzrə məşğələlər keçiblər. İdarəetmə, masa xidməti, aşpazlıq, sosial davranış, təmizlik xidmətləri üzrə keçirilən kurslarda dinləyicilər bu sahə üzrə bilik, təcrübə və davranışlara yiyələniblər. Seminar-treninqin sonuncu günü turizm xidməti peşələrinə yiyələnmiş 200-dən çox gəncə sertifikatlar təqdim edilib.
   
   Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar