![](/img/news/700x420/1989.jpg)
On gün davam edən seminar-treninqdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri beş sahə üzrə məşğələlər keçiblər. İdarəetmə, masa xidməti, aşpazlıq, sosial davranış, təmizlik xidmətləri üzrə keçirilən kurslarda dinləyicilər bu sahə üzrə bilik, təcrübə və davranışlara yiyələniblər. Seminar-treninqin sonuncu günü turizm xidməti peşələrinə yiyələnmiş 200-dən çox gəncə sertifikatlar təqdim edilib.
Fəxriyyə Abdullayeva