Qazaxıstanla Türkiyə müştərək filmlər çəkəcək

Qazaxıstan Türkiyə ilə birlikdə tarixi film və serial çəkəcək. Filmin çəkilişi ilə iki ölkənin aparıcı telekanallarının məşğul olacağı nəzərdə tutulub.

Artıq Türkiyənin tanınmış prodüserləri tərəfindən 6 bölümdən ibarət “Alp Arslan” tarixi serialının Qazaxıstan çöllərində döyüş səhnələrinin çəkilməsinə qərar verilib.

Türkiyəli prodüser Emre Konuk Qazaxıstan haqqında telenovellaların yaradılmasında birgə çalışmağa hazır olduğunu bildirib.

Bundan başqa, tərəflər arasında “Korkıt Ata” tarixi filminin çəkilişləri ilə bağlı danışıqlar aparılır.