İyunun 24-də Bakıda GUAM ölkələrinin qurum rəhbərləri səviyyəsində Turizm üzrə İşçi Qrupunun 5-ci toplantısı işə başlayıb. Ekspertlərin iştirakı ilə baş tutan tədbir bu gün GUAM-a üzv ölkələrin turizm rəsmilərinin səviyyəsində davam etdiriləcək. 
      
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin xarici turizm sektorunun böyük məsləhətçisi Günay Fərədova bildirdi ki, tədbir GUAM ölkələri çərçivəsində yapon turistləri cəlb etmək məqsədilə həyata keçiriləcək layihənin reallaşdırılması münasibətilə keçirilir: «Toplantıda Gürcüstan, Azərbaycan, Moldova və Ukraynanın turizm qurumlarının və bu ölkələrdə fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərləri iştirak edirlər. İclasda GUAM-Yaponiya vahid turizm məhsulunun yaradılması üzrə fəaliyyət planı razılaşdırıldı. Sənəd təsdiq edilmək üçün iyunun 25-də keçiriləcək iclasa təqdim ediləcək və layihənin reallaşdırılması ilə bağlı konkret qərarlar qəbul ediləcək».
   Qeyd edək ki, yapon turistləri daha çox gəzmək, tarixi abidələr, səfalı yerlərlə tanış olmaq istəyirlər. Bu baxımdan da onlar GUAM ölkələrini turizm baxımından özləri üçün əlverişli hesab edirlər. Ümumiyyətlə, yaponlar həm pul xərcləmək baxımından, həm də mədəni davranışlarına görə dünyada ən yaxşı turistlər hesab edilirlər. Bu isə turizm sektoru üçün iri gəlirlər deməkdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar