Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin təşəbbüsü ilə bu təhsil ocağında şəxsi heyətin asudə vaxtını səmərəli təşkil etmək üçün növbəti konsert keçirilib.

Proqramın aparıcıları Arzu Həmzəyeva və Ayaz Məmmədov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində göstərdiyi şücaətdən danışıblar.

Konsertdə müğənnilərin ifasında mahnılar səslənib, Vətənə məhəbbəti tərənnüm edən şeirlər oxunub, milli rəqslərimiz ifa edilib.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi şəxsi heyətinin və kursantlarının asudə vaxtını təşkil etmək üçün sənətçilərin iştirakı ilə konsert proqramları davam etdiriləcək.