İyulun 13-də Turizm İnstitutunun ilk məzun buraxılışı ilə bağlı mərasim keçiriləcək. İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, Bakı Əyləncə Mərkəzində baş tutacaq tədbirdə Azərbaycanın tanınmış elm-mədəniyyət xadimləri, ali məktəb rektorları, müəllimlər və tələbələr iştirak edəcək. Turizm İnstitutunun tərəfdaşı olan Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin prezidenti Hans Boyer və vitse-prezidenti də gecənin iştirakçıları arasında olacaq.
   Tədbirdə Turizm İnstitutunun 74 məzununa milli diplom, 17 nəfərə isə milli diplomla birlikdə Krems Tətbiqi Elmlər Universitetinin diplomu təqdim ediləcək.
   Qeyd edək ki, məzunlara ikili diplomların verilməsi təcrübəsi Azərbaycanda ilk dəfədir tətbiq edilir. 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi və ATİ Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə “Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi” və Akademik Müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən İELTS 6.0 toplayan ATİ tələbələri 4 illik bakalavr təhsili müddətinin sonunda həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomları ilə təltif olunurlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar