Əməkdar artist, tanınmış rəqqas Qorxmaz Ağababa oğlu Qurbanov 2021-ci il mayın 20-də, 81 yaşında vəfat edib.

Qorxmaz Qurbanov 18 iyul 1940-cı ildə anadan olub. Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. 1958-ci ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına dəvət olunub.

Dövlət Mahnı və Rəqs Ansamblının baletmeysteri, bədii rəhbəri vəzifələrində çalışıb. Azərbaycan Dövlət Mahnı Teatrında, Dağıstan Dövlət “Ləzginka” Rəqs Ansamblında uğurla fəaliyyət göstərib.

Qorxmaz Qurbanov görkəmli rəqqas Əlibaba Abdullayevin quruluşlarında “Yallı-zorxana”, “Bulaq başında”, “Şəki”, “Çobanlar”, “Bənövşə”, “Ceyran”, “Qarabağ maralı”, “Naz eləmə”, “Lənkəran” rəqslərində, “Azərbaycan”, “Qələbə”, “Xalqlar dostluğu”, “Bayram”, “Neftçilər” süitalarında solist kimi çıxış edib.

O, Azərbaycan rəqs sənətinin inkişafında xidmətlərinə görə 1967-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.