Beynəlxalq Muzeylər Şurası – İCOM-un Azərbaycan Milli Komitəsinin “Ünsiyyət bağları: görüşlər və diskussiyalar” layihəsinin növbəti görüşü Azərbaycan Milli Xalça Muzeyində keçirilib.
Milli komitənin bir qrup üzvü muzeyin kolleksiyasına yeni daxil edilmiş unikal eksponatlar, muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan xalçaların sərgisi və dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr edilmiş “Bəhram Gur və Dürsəti” xalçası ilə tanış olublar.