Türkiyənin Erikagacioyku.com ədəbiyyat portalında  Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində tanınmış şair İsa İsmayılzadənin şeirləri dərc olunub.

Portalda İsa İsmayılzadənin türk dilinə çevrilmiş "Tanış olmaq istəyirəm", "Gölməçələr", "Həsrət" kimi şeirləri və şairin yaradıcılığı haqqında məlumat verilib.

2015-ci ildən fəaliyyət göstərən portal ötən ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın klassik və müasir ədəbiyyatı nümunələrinə yer ayırır. "Azərbaycan ədəbiyyatı" bölməsində indiyədək bir çox şairlərimizin əsərlərindən seçmələr dərc olunub.

İsa İsmayılzadənin yaradıcılığından seçmələr bu linkdə: https://erikagacioyku.com/2021/05/24/isa-ismailzade-1941-1997/?fbclid=IwAR16Q4Kzqv3YzbVuPHPovXgT5HzKUTAv-5zqqsS_jK_zyXMR4bzzhO9z294