Türkiyənin Bursa şəhərində iyulun 25-dən 29-dək böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək. Konqres Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan-Kipr Dostluq Cəmiyyəti tərəfindən təşkil ediləcək.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu bildirib ki, “Nizami Gəncəvi İli” çərçivəsində keçiriləcək konqreslə bağlı iki akademik nəşrin – “Turkish studies” elmi məqalələr jurnalı (https://turkishstudies.net) və Azərbaycanda işıq üzü görən “Elm və innovativ texnologiyalar” beynəlxalq jurnalının xüsusi nömrələri nəşr ediləcək.
Konqresdə iştirak etmək istəyənlər Azərbaycan-Kipr Dostluq Cəmiyyəti ilə əlaqə saxlaya bilərlər.