Müəlliflik hüququ da olmayacaq

 

Britaniyalı rəssam Benksi növbəti dəfə simasını cəmiyyətə göstərmədiyi üçün çəkdiyi əsərlərin intellektual müəlliflik hüququndan məhrum olub. 

Bu barədə “The Daily Telegraph” qəzeti Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinin (EUİPO) iki qərarına istinad edərək xəbər verib.

Məlumatda qeyd olunub ki, budəfəki mübahisələrin səbəbi iki monoxrom qrafitti əsəri – “Bomba ilə qucaqlaşma” və “Aşiq olmuş siçan” olub. Beləliklə, son 10 ayda Benksi yaratdığı 6 əsərin əqli müəlliflik hüququndan məhrum olub. Rəssam artıq “İndi gülümsə”, “Əlində radar tutan siçan”, “Əlində çətir tutan qız” və “Gül tullayan” rəsmlərin şəksiz sahibi sayılmır. Yəni Avropa İttifaqı ərazisində istənilən şəxs bu rəsmlərdən pulsuz istifadə edə bilər.