Özbəkistanın Buxara şəhərinin yeddi tarixi abidəsi İslam dünyasının mədəni irs obyektləri siyahısına daxil edilib. Özbəkistan Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, bunlar İsmail Somoni, Bahauddin Nəqşbəndi mavzoleyləri, Çor-Bakr nekropolu, qədim Paykənd şəhəri, Poi-Qəlyan kompleksi, Maqoki-Əttari məscidi və Taşsaray mədrəsəsidir. 

Adıçəkilən memarlıq abidələri barədə nominasiya faylı İslam İrsi üzrə Komitənin IX xüsusi iclasında nəzərdən keçirilib və yekdilliklə təsdiq edilib.

Özbəkistan Mədəniyyət Nazirliyindən bildiriblər ki, Çor-Bakr və Bahauddin Nəqşbəndi kompleksləri, eləcə də Buxara vilayətindəki qədim Poykənd, Vərəxşə və Vardonzə şəhərləri UNESCO-nun Dünya İrsi Siyahısına namizəddir.

GÜLCAHAN